"Sənaye parkları, sənaye zonaları, məhəllələri eyni zamanda aqroparklar xüsusi iqtisadi zonalar olaraq iqtisadiyyatda müəyyən fəaliyyət mühitini daha əlverişli şəraitdə təşkil edilməsi üçün seçilmiş ərazilərdə yaradılmış subyektlərdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, bu zonalara xas olaraq hökümət müxtəlif güzəştlər təklif edir: "Həmin güzəştlərə gömrük rüsumundan azad etmələr, eyni zamanda əgər subyektin investisiya təşkilinə aid sənədi varsa, əlavə güzəştlərdən istifadə və ümumi infrastrukturu təmin etmək imkanları aid edilir. Hansı ki, yol kommunal xidmətlə, elektrik enerjisi, su, qaz təchizatı və s. bunları kompaktlaşdırır və burada fəaliyyət üçün əlverişli şərait yaradır.
Sənaye parkları dünyada geniş yayılmış iqtisadi alətlərdən biri kimi istifadə olunmaqdadır ki, Azərbaycana isə son 10-15 ildə gətirilmiş modellərdən biridir. Azərbaycan iqtisadiyyatına bu və ya digər şəkildə təsir göstərməyə başlayıb. Bu zonalarda istehsal olunan məhsulların əhəmiyyətli hissəs ixrac olunur. Onu da nəzərə almaq lazımdır ki, qeyri-neftin ixracında bu zonaların payı mərhələli şəkildə artmaqdadır".
İqtisadçı bildirir ki, ən böyük töhfə Ələt - Azad iqtisadi zonasından gözlənilir. Bu plana görə çox böyük bir zona olmalıdır. Burada böyük investisiyalar yatırılmalıdır. İri sahibkarlıq subyektləri, xüsusilə də, xarici investorlar prosesdə iştirak etməlidirlər və bu daha çox ixraca yönəlmiş bir alət olaraq ölkənin ixrac, xüsusilə də qeyri-neft məhsulları sahəsindəki ixrac çatışmazlığında əsas alətlərdən biri kimi faydalı ola bilər.
Bütövlükdə götürdükdə, indiki şərtlər daxilində xarici investisiya üçün bəzi hallarda hətta yerli investisiya üçün cəlbedici hesab edilməyən mühitdə, liberal olmayan iqtisadi mühitdə, sənaye parkları, xüsusilə istehsalat sahəsində yerli və xarici investisiyaların cəlb olunmasında əsas bir mexanizm olaraq müəyyən mənada öz cəlbediciliyini təmin edir. Bu sahədə ciddi investisiyalar cəlb edilməkdədir. Təbii ki, burada bəzi narahatlıqlar olmalıdır. Sənaye parklarına 10 il müddətində güzəştlər verilir və bəzi hallarda uzunmüddətli strateji strateji inkişaf planı olmayan uzunmüddətli bazar araşdırmaları əsasında formalaşdırılmamış bizneslər güzəş dövründə fəaliyyət göstərir. Çünki bu güzəştlər onu qiymət baxımından rəqabətliliyi təmin edir".