İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı MM-in plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

13 May 2025 12:17 (UTC+04:00)

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatının müzakirəsi başa çatıb. SİA xəbər verir ki, məruzə parlamentin plenar iclasına tövsiyə olunub.