Beyləqanda 17 tüfəng polisə təhvil verilib

13 May 2025 12:13 (UTC+04:00)

Beyləqan rayonunda 17 tüfəng polisə təhvil verilib. DİN Mətbuat Xidməti Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakinləri 17 ədəd müxtəlif markalı tüfəngi təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.