Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova ATV-nin sevilən proqramı “Xəbərin olsun” verilişinə “Əl və ayaqlarda soyuqluq hissinin səbəbləri” barədə ətraflı məlumat verib. Əllər və ayaqların daim soyuq olması təkcə hava ilə əlaqədar deyil. Bu simptom bəzən qan dövranı pozğunluqları, sinir sistemi xəstəlikləri, hətta stress və yorğunluq kimi halların göstəricisi ola bilər. Xumar həkim bu vəziyyətin tibbi səbəblərini izah edərək, vaxtında həkimə müraciətin vacibliyini vurğulayıb. Xumar həkimin ATV-dəki çıxışını Sizə təqdim edirik. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz.