Ağır xəsarətlə xəstəxanaya çatdırılan şəxs ölüb

13 May 2025 10:21 (UTC+04:00)

Gəncə şəhərində ağır xəsarətlərlə xəstəxanaya gətirilən şəxs orada ölüb. SİA-nın məlumatına görə, 18 yaşlı Elgün İbrahimov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.İbrahimovun döyülərək öldürülməsində şübhəli bilinən şəxs və şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.