Bakının iki qəsəbəsində qaz olmayacaq

13 May 2025 09:54 (UTC+04:00)

Bu gün Bakının Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə mayın 13-də saat 10:00-dan etibarən işlər başa çatanadək Maştağa və Qızıldaş qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.