Azərbaycan paracüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatına qatılıblar. Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışda kişilərdən İsmayıl Muradov (J1, 70 kq) və Zakir Mislimov (J1, 95 kq), qadınlardan Xatirə İsmiyeva (J1, +70 kq) ilə Elnarə Nizamlı (J2, 60 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, bu gün start götürəcək mundial mayın 15-də başa çatacaq.