"Google" 10 ildən sonra ilk dəfə öz loqosunu yeniləyib. SİA xəbər verir ki, yeniləmə çərçivəsində şirkət eyni şrifti saxlasa da, "G" hərfindəki açıq rəngli bölmələri kəskin xətlərlə ayırmaqdan vazkeçib. Loqonun bu versiyası artıq iOS-da Google tətbiqində göstərilir.
Xatırladaq ki, "Google" loqosunu sonuncu dəfə 1 sentyabr 2015-ci ildə yeniləmişdi. Korporasiya şrifti dəyişmiş və kiçik g hərfini böyük hərflə əvəz etmişdi.