Lepsin 19 yaşlı sevgilisindən çimərlik geyimində - FOTOLAR

13 May 2025 02:30 (UTC+04:00)

Rusiyalı müğənni Qriqori Lepsin 19 yaşlı sevgilisi Avrora Dubaya tətilə yollanıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, qız çimərlikdə hər kəsin diqqətini çəkib. Avrora dəniz sahilində fotosessiya etdirərək sosial şəbəkədə bədən quruluşunu nümayiş etdirib. O, ağ-qara fotolarda iki hissəli çimərlik paltarında açıq-saçıq pozalar verib.

Qeyd edək ki, məlum olub ki, Qriqori və Avroranın toy mərasimi bu yay baş tutmayacaq. Buna səbəb isə Lepsin maliyyə problemlərinin olmasıdır.