Karlo Ançelotti milli komandanın ən yüksək maaş alan məşqçilərindən biri olacaq. SİA xəbər verir ki, “Globo Esporte”nin məlumatına görə, italyan Braziliyada ildə 10 milyon avro alacaq. O, “Real”da da təxminən eyni məbləği alırdı. Braziliya yığması DÇ-2026-nın qalib olsa, Ançelotti daha 5 milyon avro bonus alacaq. 65 yaşlı mütəxəssisin Braziliya millisinə baş məşqçi təyinatı mayın 12-də açıqlanıb.