Ukrayna Almaniya ilə birgə müdafiə sənayesi yaratmaq üzərində işləməyə hazırdır.
SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Aparatının rəhbəri Andrey Yermak öz Telegram kanalında məlumat verib.
O, nəşrin ilk bəndini “Avropanın Təhlükəsiz Qalxanı” olaraq təyin edib.
...Ukrayna müasir müharibə laboratoriyasına çevrilib. Biz FPV pilotsuz uçan aparatların, qanadlı raketlərin, elektron müharibənin və atıcı silahların istehsalını tarixi ölçülərə çatdırmışıq. Bu, təkcə bizimlə bağlı deyil, Almaniya ilə gələcək birgə müdafiə sənayesindən bəhs edir, - rəsmi bildirib.
O, həmçinin əmin edib ki, Ukrayna regionun gələcəyi üçün sabitlik amilidir.
Yermakın sözlərinə görə, Ukrayna xahiş etmir, təklif edir: təhlükəsizlik həlləri, texnologiyalar və Avropaya yeni baxış. Və biz bu yeni tarixdə Almaniyanın tərəfdaşı olmağa hazırıq...
Bundan əvvəl məlum olub ki, Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius Rusiya və Ukrayna nümayəndələrinin görüşü barədə danışıb.
O, Almaniyanın münaqişənin həlli üçün Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün birbaşa danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.
Əli Babayev