...Braziliya millisi yeni baş məşqçisi italiyalı Karlo Ançelottinin adını açıqlayıb.
SİA xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) X sosial şəbəkəsindəki rəsmi səhifəsi məlumat yayıb.
...Karlo Ançelottini Braziliya millisinə gətirmək strateji addımdan daha çox şeydir. Bu, bizim podiumda birinci yeri yenidən əldə etmək niyyətində olduğumuzu dünyaya bəyan edir.
Bunu CBF prezidenti Ednaldo Rodriguez bildirib.
Qeyd edək ki, Ançelotti Braziliya millisinin tarixində ilk əcnəbi məşqçi olacaq. O, 2025-ci ilin may ayının sonunda milli komandanın başına keçəcək və ən azı 2026-cı il dünya çempionatının sonuna qədər ona rəhbərlik edəcək.
65 yaşlı mütəxəssisin hazırkı iş yeri Madrid "Real"ıdır. Ançelotti 2021-ci ildən İspaniya paytaxtından komandaya rəhbərlik edir.
Bu müddət ərzində o, "Real Madrid"lə 11 kubok qazanıb. Daha əvvəl Ançelottinin "Real Madrid"dəki yerini Xabi Alonsonun tutacağı məlum olub.
43 yaşlı ispan mütəxəssis cari mövsümün sonunda Almaniyanın "Bayer"ini tərk edərək Madridə keçəcək.
Nazlı Almuradova