Nazirlər Kabineti 22 fevral 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra fond qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyana görə daxilolmalar hesabına da formalaşdırılır.