DİQQƏT: Ürək bulanmanın səbəbləri BUNLARDIR - HƏKİM AÇIQLADI

12 May 2025 15:14 (UTC+04:00)

"Ümumiyyətlə ürəkbulanma simptomu bir çox xəstəliklərdə görüldüyü üçün çox rast gəldiyimiz bir simptomdur". Bu sözləri SİA-ya açıqlamasında terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, daha çox ilk yeri mədə-bağırsaq xəstəlikləri tutur: "Bura aid olan qastrid xəstəlikləri zamanı mədənin selikli qişasında müəyyən bir orqanik zədələnmələr gedir, mədə turşuluğu artır, qıcqırma və ürəkbulanma ilə bərabər simptomlar müşahidə olunur.

Eyni zamanda diofraqmal yırtıq zamanı da insan müəyyən dərəcədə yeyib uzandıqlarından sonra mədənin hərəkətliyi azaldığı üçün ürəkbulanma hissi yaranır. Bəzən də bu insanlar bu hissi özlərini qusduraraq rahatlata bilirlər.

Bundan əlavə olaraq ürək bulanma bir çox infeksion proseslərdə də özünü büruzə verə bilir. İnfeksion proseslər bakterial virus, vərəm mənşəli infeksiyaların toksiki təsirlərinin nəticəsində insanlarımızda ürəkbulanma olur. Bu cürə insanların birinci növbədə iştahları demək olar ki, yox olur. Nə yesələr belə ürəkləri bulanır, halsızlaşırlar. Təbii ki, burada qızdırmada böyük bir rol oynayır".

Bir başqa səbəb isə psixogen mənşəli olur: "Psixogen mənşəli ürək bulanmalarda insanların ümumiyyətlə həzm edə bilmədikləri yaxud da görüb allergik reaksiya kimi verdikləri müəyyən görüntülərə qarşı cavab reaksiyasıdır. Məsələn, bəzi insanlar var ki, qan görə bilmirlər. Ona gördükləri zaman özlərini pis hiss edirlər və ürək bulanmalar olur. Həmçinin stresdən qusada bilirlər. Bütün bunları nəzərə alaraq, ürəkbulanmanın bir çox səbəbləri olduğu üçün, əgər bu insanda bir neçə gün ərzində davam edirsə mütləq şəkildə həkim mütəxəssislərə müraciət etməlidirlər.