Gəncə şəhərində yaşayış binasında partlayış baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.
Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.