Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib

12 May 2025 13:11 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bəhreyn kralı Həməd bin İsa Al Xəlifəyə ünvanlanmış məktubunu Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifəyə təqdim edib. Bu barədə SİA-ya vəliəhdin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Bəhreyndə rəsmi səfərdədir və artıq krallığın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib.