Azərbaycanın voleybol komandası baş məşqçisi ilə yollarını ayırıb

12 May 2025 12:38 (UTC+04:00)

Qadınlar voleybolçulardan ibarət "Gəncə" komandası baş məşqçisi Sergey Çasnavitski ilə yollarını ayırıb. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, "Gəncə" 2024/2025 mövsümündə Azərbaycan Kubokunda gümüş medal qazanıb, Yüksək Liqada dördüncü yeri tutub.