Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

12 May 2025 12:17 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in "X" səhifəsində bildirilib.

"Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə hərtərəfli müzakirə aparıblar", - məlumatda qeyd olunub.