Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

12 May 2025 12:16 (UTC+04:00)

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov və Taleh Kərimov küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata əsasən, “VAZ-2104” markalı minik avtomobili, yük maşını və bir motosikletin toqquşması nəticəsində motosikletdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.