Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar

12 May 2025 10:45 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar. SİA xəbər verir ki, muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.

Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.