MGH-nin endokrinoloqu beynəlxalq elmi konqresdə iştirak edib

12 May 2025 10:18 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin endokrinoloqu Şəbnəm Əlirzayeva 30 aprel-4 may 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş 46-cı Endokrinoloji və Metabolik Xəstəliklər Konqresində iştirak edib. SİA xəbər verir ki, Türkiyə Endokrinoloji və Metabolizma Dərnəyinin təşkilatçılığı ilə baş tutan mötəbər elmi tədbir endokrinologiya sahəsində aparıcı mütəxəssisləri bir araya gətirmişdir. Konqres çərçivəsində hamiləlik dövründə endokrin xəstəliklərə yanaşma, adrenal xəstəliklərin diaqnostikası, piylənmə, dislipidemiya, şəkərli diabet və bu xəstəliklərin müalicəsində son yeniliklər mövzusunda məruzələr dinlənilib, interaktiv təqdimatlar və elmi müzakirələr edilib.

Konqres endokrinologiya sahəsində beynəlxalq təcrübə mübadiləsinə, yeni elmi yanaşmaların öyrənilməsinə və praktik biliklərin artırılmasına zəmin yaradıb.Tədbirin sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim olunub.