Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb. SİA xəbər verir ki, Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.