“Beşiktaş” üçüncü pilləyə yüksəldi

12 May 2025 07:07 (UTC+04:00)

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib. SİA xəbər verir ki, "Beşiktaş" doğma meydanda daha əvvəl çempionatı tərk etməsi dəqiqləşən "Adana Demirspor"u qəbul edib. Matç İstanbul təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində xallarını 58-ə çatdıran "Beşiktaş" 3-cü pilləyə yüksəlib.