Ukrayna Kurskda rus hərbçilərinə zərbə endirdi

12 May 2025 03:14 (UTC+04:00)

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətinin Rılsk şəhərində rus hərbçilərinin dislokasiya yerinə zərbə endirib. SİA xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ukrayna seqmentində məlumatlar yayılıb. Bildirilib ki, 40-cı əlahiddə dəniz piyada briqadasının yerləşmə məntəqəsinə zərbə endirilib. Hücumda Amerika raketindən istifadə edilib. Dağıntılar altında əsgərlərin olduğu ehtimal edilir.