Çində 5,6 bal gücündə zəlzələ baş verib

12 May 2025 02:38 (UTC+04:00)

Çində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 124 km cənub-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.