"Eşref Rüya”dan gedir

12 May 2025 01:40 (UTC+04:00)

Kanal D”nin məşhur serialı “Eşref Rüya”da vida olacaq. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Nusret ağa” obrazını canlandıran Hüseyn Soysalan ekran işindən ayrılacaq.

Qeyd edək ki, serialın son bölümündə “Eşref”ə əl öpdürmək istəyən “Nusret ağa” ölümlə üz-üzə qalmışdı.