Ağcabədidə külək mağarı uçurdu, toy yarıda qaldı

12 May 2025 02:26 (UTC+04:00)

Ağcabədidə əsən güclü külək toy mağarını uçurub. SİA xəbər verir ki, hadisə rayonun Aran kəndində baş verib. Kənd sakini Həsənov Qəhrəman oğlu üçün həyətdə qurduğu mağarı külək yararsız hala salıb. Hadisə vaxtı xəsarət alan olmasa da, məclis yarımçıq saxlanılıb.