İtaliya A Seriyası: "İnter" vacib qələbə qazanıb

11 May 2025 22:49 (UTC+04:00)

İtaliya A Seriyasında 36-cı turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, çempionluq mübarizəsi aparan "İnter" səfərdə "Torino" ilə qarşılaşıb. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 77-yə çatdıran "İnter" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə eyni xala malik "Napoli" başçılıq edir.