O, Putinin danışıqlar təklifini parlaq addım adlandırıb

11 May 2025 18:25 (UTC+04:00)

...Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlar təklifi ilkin şərt olmadan 30 günlük atəşkəs təklif edən və sarsıdıcı sanksiyalarla hədələyən Britaniya, Fransa, Polşa və Almaniya liderlərinin bədxah davranışlarına parlaq cavab idi.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bunu Brüsseldə yaşayan amerikalı tarixçi və Rusiyanın Avropa İttifaqı və ABŞ ilə münasibətləri üzrə ekspert Qilbert Doctorou deyib.

Ekspert vurğulayıb ki, Putinin 30 günlük atəşkəsə qeyd-şərtsiz razılaşma tələbinə reaksiyası və daha da sərt sanksiyalarla hədələnməsi onu heyrətə gətirib.

...Rusiyanın mayın 15-də İstanbulda Zelenskinin komandası ilə birbaşa danışıqlar aparmaq, o cümlədən atəşkəslə bağlı müzakirələr aparmaqla bağlı əks təklifi parlaq addımdır.

Bunu amerikalı tarixçi qeyd edib.

Doctorou-a görə, bu, Avropa və Amerika liderlərini prosesdən kənarda qoyur.

…Bu, ən yaxşısıdır! Əgər ukraynalılar Rusiyanın bu neytral təklifini qəbul etsələr, o zaman, həqiqətən də, bütün proses münaqişənin sülh yolu ilə həllinə əhəmiyyətli dərəcədə yaxınlaşa bilər, -deyə ekspert yekunlaşdırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna ilə 30 günlük barışıq üçün Rusiyaya təzyiqi artırmaq istəyənlərin Avropa koalisiyasının planını dəstəkləməyə hazır olduğunu bildirmişdi.

Əli Babayev