ABŞ Putinin Ukrayna ilə bağlı təklifinə cavab verib

11 May 2025 17:45 (UTC+04:00)

Ukraynada münaqişənin həlli ilə bağlı danışıqlara başlamazdan əvvəl 30 günlük atəşkəs əldə edilməlidir.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq X sosial şəbəkəsində yazıb.

...Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid...

Mayın 11-də gecə çıxışı zamanı Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib.

Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib.

Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib. Putin Rusiyanın Ukrayna ilə danışıqlar aparmaq üçün ciddi niyyətlərindən danışıb.

Prezident vurğulayıb ki, onların əsas məqsədi münaqişənin köklü səbəblərini aradan qaldırmaq və “tarixi perspektivdə” uzunmüddətli sülh yaratmaqdır.

Danışıqlar ilkin şərt olmadan mayın 15-də İstanbulda baş tuta bilər.

Əli Babayev