Rusiyada yeni minik avtomobillərinin satış həcmi əlverişsiz ssenaridə 1,25 milyon ədəddən, əlverişli ssenaridə 1,4 milyon ədədə qədər dəyişəcək.
SİA-nın məlumatına görə, bu qiymətləndirməni “Avtostat” analitik agentliyinin rəhbəri Sergey Tselikov öz Telegram kanalında təqdim edib.
Onun sözlərinə görə, 1,4 milyon avtomobilin optimist göstəricisinə çatmaq üçün qalan səkkiz ay ərzində hər ay 120 mindən 140 minə qədər avtomobil satmaq lazımdır.
Maydakı zəif performansı və iyunun qeyri-sabitliyini nəzərə alsaq, tapşırıq daha da çətinləşir. Hələlik optimizm üçün heç bir səbəb görmürəm.
Bunu deyən Tselikovun fikrincə, ən çox ehtimal olunan ssenari üzrə Rusiyada 1,33 milyon yeni minik avtomobili satılacaq ki, bu da əvvəlki ilin göstəricisindən 15 faiz azdır.
Pessimist ssenari 1,25 milyon avtomobilin satışını nəzərdə tutur.
2025-ci ilin aprelində “Avtostat” müxtəlif proqnozlar verib: optimist ssenariyə əsasən, ilin sonuna qədər 1,49 milyon yeni minik avtomobilinin satılacağı gözlənilirdi. Baza proqnozu 1,38 milyon avtomobil, mənfi proqnoz isə 1,25 milyon avtomobil olub.
Yeri gəlmişkən, Rusiyada yeni avtomobillər ilin əvvəlindən 1,5-5 faiz bahalaşıb.
Nazlı Almuradova