Qərb Rusiyanın texnologiya sahəsində uğurunu etiraf edib..?

11 May 2025 23:43 (UTC+04:00)

Rusiya üç perspektivli sahədə mühüm irəliləyiş əldə edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “National Interest” jurnalı yazıb.

Məqalədə qeyd edilir ki, Rusiya pilotsuz təyyarələrin istehsalında, hərbi texnikada süni intellektdən istifadə və lazer silahlarında irəliləyiş əldə edib.

Məqalə müəllifi etiraf edib ki, Rusiya pilotsuz təyyarələrinin dünyada tayı-bərabəri yoxdur.

…Rusiya dünyaya sübut etməkdə davam edir ki, özünün əslində inkişaf etmiş və özünü təmin edən ordusu olan qüdrətli ölkədir. Genişmiqyaslı hərbi yenidən silahlanma strategiyasının bir hissəsi olaraq, prezident Vladimir Putin Rusiyanın müdafiə istehsalı prioritetlərində əhəmiyyətli dəyişikliklərin edilməsi barədə göstəriş verib.

Rus saytlarının yazdığına görə, bunu nəşr yazır.

Bundan əvvəl Qələbə Paradında ilk dəfə Rusiya pilotsuz təyyarələri təqdim edilmişdi. Qırmızı Meydandan keçənlər arasında Orlan-10, Orlan-30, Zala, Lancet-51, Lancet-52 modelləri, həmçinin Harpia və Geranium pilotsuz təyyarələri olub.

Əli Babayev