Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinin yarısını Fransa XİN hazırlayıb

11 May 2025 17:20 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketinə daxil ediləcək bütün məhdudiyyətlərin təxminən yarısı Fransa tərəfindən formalaşdırılıb. SİA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro "France Inter" radiosunun efirində deyib.

"Avropalılar öz növbəsində artıq bir neçə həftədir ki, yeni sanksiyalar paketi üzərində işləyirlər. Biz buna töhfəmizi vermişik: hətta mənim nazirliyim bu sanksiyalar paketi üçün təriflərin yarısını belə formalaşdırıb və bu, artıq praktiki olaraq qəbul edilib", - o deyib.