Rusiya Çin avtomobilləri üçün əsas ixrac bazarlarından biri olaraq qalır

11 May 2025 23:14 (UTC+04:00)

Göstərilən miqdar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz çoxdur.

SİA-nın məlumatına görə, dəyər ifadəsində ixracın həcmi 19,6 milyard ABŞ dolları təşkil edib ki, bu da bir il əvvəlki nəticədən demək olar ki, dəyişməyib.

2025-ci ilin 1-ci rübündə avtomobillərin Çindən göndərildiyi ilk 5 ölkə (təslim edilən avtomobillərin ümumi dəyərinə görə sıralanıb):

BƏƏ — 1,5 milyard dollar (104,6 min avtomobil);

Belçika - 1,4 milyard dollar (69,9 min avtomobil);

Meksika - 1,4 milyard dollar (139,1 min avtomobil);

Rusiya — 1,4 milyard dollar (110,0 min avtomobil);

Böyük Britaniya — 1,1 milyard dollar (53,9 min avtomobil).

...Dəyər baxımından Rusiya Çin avtomobil sənayesi üçün əsas ixrac bazarları arasında 4-cü yerdədir, lakin fiziki baxımdan Meksikadan sonra ikinci yerdədir.

Nazlı Almuradova