Rusiya daha bir ölkə ilə vizasız rejim tətbiq edir...

11 May 2025 22:04 (UTC+04:00)

Rusiya Vyetnamla vizasız turist mübadiləsinə başlamağı planlaşdırır.

SİA-nın məlumatına görə, TASS nazirliyin mətbuat xidmətinə istinadən yazır ki, müvafiq layihə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.

Qrup vizasız rejiminin tətbiqinə dair sənəd 2025-ci ilin sonuna qədər imzalana bilər.

...Sənəd hazırda idarələrarası təsdiqdən keçir. Ümid edirik ki, ilin sonuna kimi biz saziş imzalaya və Vyetnamla qrup vizasız səyahət mexanizmini işə sala biləcəyik.

Bunu nazirliyin rəhbəri Maksim Reşetnikov bildirib.

O, əlavə edib ki, Rusiyanın Çin və İranla imzaladığı razılaşmalara bənzər vizasız qrup turist səfərləri ideyası nəzərdən keçirilir.

Bundan əvvəl iki xarici aviaşirkətin Rusiyaya uçuşları bərpa etdiyi bildirilirdi.

Nazlı Almuradova