Azərbaycan karateçiləri dünya çempionatında dörd medal qazanıblar

11 May 2025 13:29 (UTC+04:00)

Azərbaycan karateçiləri Almaniyanın Leyptsiq şəhərində IFK kyokuşin üzrə 7-ci Dünya Çempionatında dörd medal qazanıblar. Bu barədə SİA-ya Azərbaycan Karate Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.