Bakıda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

11 May 2025 12:40 (UTC+04:00)

Bakıda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Məlumata görə, Zeynalov Hafiz Tağı oğlu tanışı Məmmədov Elnur Əkrəm oğlunu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə tutulub.

Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır.