Bakıda köməkçi tikilidə yanğın olub, meyit aşkarlanıb

11 May 2025 10:50 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonununda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.