İrəvanda partlayış baş verdi

11 May 2025 05:30 (UTC+04:00)

Ermənistanın paytaxtı İrəvanda “Toyota” markalı avtomobildə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb. Mayın 10-da saat 21:08-də Popov küçəsində avtomobildən partlayış səsi eşidilib. Hadisə nəticəsində yanacaq sızması qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsindən bir nəfər xilasedici cəlb edilib. Xilasedicilər gələnədək bir nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib. Əraziyə gələn müvafiq xidmətlər yanacaq sızmasının qarşısını alıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.