Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir

11 May 2025 03:40 (UTC+04:00)

Böyük Britaniya Ukraynaya “Raven” hava hücumundan müdafiə sisteminin ən son modelini göndərəcək. SİA xəbər verir ki, bu barədə Britaniya Dəniz Piyadalarının polkovniki Olli Todd məlumat verib. Tədarükün yaxın həftələrdə baş tutacağı bildirilib. Qeyd olunub ki, sözügedən sistemlərdən Ukrayna Prezidenti Vladimir Zelenskinin iqamətgahının qorunması üçün istifadə olunub.