“Azərişıq” ASC-nin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

10 May 2025 20:45 (UTC+04:00)

"Azərişıq" ASC-nin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

SİA-nın məlumatına görə, "Azərişıq" ASC-dən bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.