ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff Rusiya prezidenti Vladimir Putinə yaxın gələcəkdə Ukraynada döyüşlərə son qoymağa kömək edəcək 22 təklifdən ibarət siyahı təqdim etməyi planlaşdırır.
SİA-nın məlumatına görə, bu barədə NBC telekanalı mənbələrə istinadən yazır.
Telekanalın həmsöhbətləri qeyd ediblər ki, şərtlər siyahısını ABŞ, Avropa ölkələri və Ukraynadan olan danışıqlarçılar hazırlayıb.
Onların sözlərinə görə, sənəd 30 günlük atəşkəs təklifini ehtiva edir və həmçinin Putinin ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməməsi tələbinə cavab verir. Əgər Putin çıxış yolu tapmaq istəyirsə, onun çıxış yolu budur, - mənbə aydınlıq gətirib.
Jurnalistlər qeyd ediblər ki, Uitkoffun planı Rusiya prezidentinə dəqiq nə vaxt təqdim edəcəyi hələlik məlum deyil. Onlar aydınlaşdırıblar ki, nə Ağ Evin Milli Təhlükəsizlik Şurası, nə də xüsusi nümayəndənin komandasının nümayəndələri mümkün görüşün təfərrüatlarını açıqlamaq istəməyiblər.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin 30 günlük atəşkəs tələblərinə aydınlıq gətirib. Kreml sözçüsü xüsusilə vurğulayıb ki, Qərb Ukraynaya silah tədarükünü dayandırmalıdır.
Mətbuat katibi qeyd edib ki, ABŞ prezidentinin təklif etdiyi 30 günlük atəşkəs müddətində tədarüklər davam edərsə, Kiyev cəbhəyə yeni qoşunlar köçürməklə total səfərbərliyi davam etdirəcək.
Peskov bildirib ki, Rusiya Ukraynaya bu qədər əhəmiyyətli üstünlük vermək niyyətində deyil.
Əli Babayev