Rusiya sərxoş sürücüləri yeni üsulla müəyyən edəcək...

10 May 2025 21:16 (UTC+04:00)

...Səhiyyə Nazirliyinin təşəbbüsü təsdiq olunarsa, yeni qaydalar 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək. Onlar 2031-ci il sentyabrın 1-dək qüvvədə olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Səhiyyə Nazirliyi sürücülərin sərxoşluqla bağlı tibbi müayinədən keçirilməsi qayda və prosedurlarının dəyişdirilməsini təklif edib.

Agentliyin layihəsinə əsasən, bu prosesə tibbi müayinə, çıxarılan havanın alkoqol olub-olmamasının yoxlanılması, sidikdə psixoaktiv maddələrin və onların metabolitlərinin təyini, immunokimyəvi üsulla kəmiyyət qiymətləndirilməsi daxildir.

Bundan əlavə, Səhiyyə Nazirliyi təcili tibbi yardım göstərilərkən müayinələrin necə aparılmasına aydınlıq gətirib. Belə ki, avtomobil qəzası qurbanlarından, habelə narkotik vasitələrdən, zəhərli və ya psixotrop maddələrdən zəhərlənmə əlamətləri olan şəxslərdən sidik və qan nümunələri götürülür. Əvvəllər belə bir bənd yox idi.

Sənəddə qeyd olunur ki, “Təbii müayinədən imtina” tibbi arayışı artıq mütəxəssis həkim tərəfindən müayinədən və ya hər hansı laboratoriya müayinəsindən keçməkdən imtina edildikdə, o cümlədən nəfəsin və ya biomaterial nümunənin saxtalaşdırılması halında verilir.

Layihə təsdiqlənərsə, dəyişikliklər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək və 2031-ci il sentyabrın 1-dək qüvvədə olacaq.

Hazırda Rusiyada tibbi müayinədən imtinaya görə 45 min rubl cərimə və 1,5 ildən iki ilədək müddətə hüquqlardan məhrumetmə nəzərdə tutulur.

Nazlı Almuradova