Medianın İnkişafı Agentliyinin kollektivi Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib - FOTOLAR

10 May 2025 17:03 (UTC+04:00)

Mayın 10-da Medianın İnkişafı Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüb. SİA xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.