Çanaqqalada sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var

10 May 2025 16:15 (UTC+04:00)

Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusu ilə yük maşını toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar var. SİA xəbər verir ki, əraziyə təcili tibbi yardım, yanğınsöndürən, jandarma və polis qrupları cəlb olunub.

Yaralılar təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb.