“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

10 May 2025 15:51 (UTC+04:00)

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Ahmad Gozal və Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA xəbər verir ki, sonra isə Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi ehtiramla yad olunub, onların məzarı önünə tər çiçəklər düzülüb.