Alsu veteran nənəsinin xatirəsini ehtiramla yad edib

10 May 2025 22:54 (UTC+04:00)

Rusiyalı müğənni Alsu Böyük Vətən Müharibəsində döyüşmüş nənəsi Mina Sokolovanın xatirəsini ehtiramla yad edib.

Müğənni şəxsi bloqunda təsirli ailə videosunu paylaşıb. ...Qızlarım üçün nə xoşbəxtlikdir ki, onlar bizim qəhrəmanımız Mina nənəmizin həyatda şahidi ola bildilər! Bütün müharibə dəhşətlərinə, itkilərə və faciələrə baxmayaraq, onun içində nə qədər həyat, sevinc, güc və nikbinlik var idi. O, doqquz ildir ki, bizimlə deyil.

SİA-nın məlumatına görə, bunu müğənni yazıb.

Mina Sokolova 2016-cı ildə, 90 illik yubileyindən bir neçə gün sonra vəfat edib. Hər il o, həmişə səbirsizliklə 9 Mayı gözləyirdi və Qələbə Paradını diqqətlə izləyirdi.

Bəzən o vaxtdan nağıllar danışır, hər şeyi göz yaşları içində xatırlayırdı. Mina sağlığında nəvələrini görməyə nail olub. Alsu həmçinin qızlarının ulu nənələri ilə qayğısız günlərini keçirən nadir ailə fotolarını da yayımlayıb.

...Hər şey üçün təşəkkür edirəm. Sizin üçün dəlicəsinə darıxırıq, - deyə Alsu yazıb.

Eyni zamanda, sənətçinin digər qohumu, babası İshaq Salahov da bütün müharibəni keçib.

Müğənni Böyük Qələbənin 80 illiyi şərəfinə ailəsinə onların və digər qəhrəmanların sayəsində həm özü, həm də övladları rahat yaşaya bildiyinə görə təşəkkür edib.

Nazlı Almuradova