“Qalatasaray” Çempionlar Liqasının finalındadır

10 May 2025 12:20 (UTC+04:00)

Qalatasaray Basketbol Çempionlar Liqası Dördlər Finalında İspaniya təmsilçisi La Laguna Tenerifeni 90-80 hesabı ilə məğlub edərək finala yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sarı-qırmızılı komanda finalda AEK-Unicaja Malaga matçının qalibi ilə qarşılaşacaq.