Pakistan Hindistana cavab olaraq “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb

10 May 2025 11:31 (UTC+04:00)

Pakistan Hindistanın açıq təcavüzünə cavab vermək üçün “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb. SİA xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik mənbələri məlumat yayıb. Bildirilib ki, Pakistan Hindistanın "BrahMos" raket anbarını və ölkənin artilleriyasının Dehrangyaridəki mövqeyini məhv edib. Udhampur aviabazası və Pathankot aerodromu bombalanıb.

Kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin 70 faizi sıradan çıxıb.

Qeyd edək ki, Hindistan ordusu gecə saatlarında Pakistanda 3 məntəqəyə raket zərbəsi endirib. Hücuma məruz qalan ərazilər arasında Pakistan ordusunun Baş qərargahının yerləşdiyi Ravalpindi şəhəri də var.