Pakistanın Baş naziri təcili iclas çağırıb

10 May 2025 10:44 (UTC+04:00)

Pakistanın Baş naziri Şahbaz Şərif Milli Komandanlığın iclasını çağırıb. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Milli Komandanlıq təhlükəsizlik məsələləri üzrə qərarlar qəbul edən mülki və hərbi vəzifəli şəxslərin ali orqanıdır.